Bəzilərinə görə sadə, bəzilərinə görə isə "turş möcüzə" – alma sirkəsinin faydaları təkcə arıqlamaqla bitmir.
Foodinfo.az xəbər verir ki, Yaponiyanın Kyoto Universitetindən dietoloq-professor Nao Suzuki alma sirkəsinin hər səhər acqarına bir stəkan su ilə qəbul edilməsinin orqanizmin təmizlənməsində təsirli olduğunu bildirib.

O deyir ki, alma sirkəsi qaraciyərin ferment istehsalını aktivləşdirir, həzmi asanlaşdırır və toksinlərin bədəndən təmizlənməsini sürətləndirir.
Bu təbii maye həm də qan şəkərini tənzimləyir, insulin həssaslığını artırır və gün boyu enerji səviyyəsini stabil saxlayır.

Amerikanın “Healthline” nəşri yazır ki, müntəzəm alma sirkəsi istifadəsi qarın ətrafındakı yağların əriməsinə kömək edir.
Suzuki qeyd edir ki, əsas şərt sirkəni təmiz və qatqısız formada, su ilə seyreltməklə qəbul etməkdir – əks halda turşuluq diş minasına və mədəyə təsir edə bilər.

Bundan əlavə, alma sirkəsi dərinin parlaqlığını artırır və bağırsaq mikroflorasını tarazlayır.
Bu da onu göstərir ki, alma sirkəsi sadəcə mətbəx rafa üçün deyil, sağlam həyat üçün gündəlik rutinin parçası ola bilər.