Bal təbii məhsul olmaqla sağlamlıq üçün faydalıdır, lakin bəzi qidalarla birlikdə qəbul edildikdə orqanizmə zərər verə bilər.

Foodinfo.az bildirir ki, balın digər qidalarla qarışığı müəyyən hallarda həzm sistemini poza, qan şəkərini artıra və hətta allergik reaksiyalar yarada bilər.

Ən çox diqqət yetirilməli qarışıqlar arasında süd məhsulları gəlir. Məsələn, bal ilə qaynadılmış südün birgə istehlakı bəzi insanlarda mədə turşuluğunu artıraraq narahatlığa səbəb ola bilər. Eyni zamanda çox miqdarda bal ilə şəkərli qidaların eyni vaxtda qəbulu qan şəkərinin sürətlə yüksəlməsinə gətirib çıxara bilər.

Bal ilə qızardılmış və yağlı yeməklərin birlikdə qəbul edilməsi həzm prosesini çətinləşdirir, mədə narahatlığı və şişkinlik yarada bilər. Həmçinin bal ilə turş meyvələrin, məsələn, portağal və narın birgə qəbulu bəzi insanlarda həzm pozğunluğu və mədədə diskomfort yaradır.

Mütəxəssislər bildirirlər ki, balın faydalı xüsusiyyətlərindən maksimum yararlanmaq üçün onu sadə formada, təbii qidalara əlavə edərək qəbul etmək daha doğru hesab olunur. Balı səhər yeməklərində, qatıqla və ya quru meyvələrlə birlikdə istifadə etmək həm dadlı, həm də sağlam bir seçimdir.