Böyrəkdəki daşlardan yaxa qurtarmaq üçün qidalanmamıza bir sıra məhsulları daxil etməliyik.
Foodinfo.az xəbər verir ki, bəzi məhsullar böyrək daşlarının yaranmasının qarşısını alır.
Ekspertlər hesab edirlər ki, dünyada hər 10 insandan biri həyatı boyu böyrək daşı problemi ilə üzləşə bilər. “Mayo Klinik”də çalışan mütəxəssis İvan Porter hesab edir ki, böyrək daşları ilə bağlı diqqət edilməli məqam qidalanmadır.
“Portağal, pomidor və qarpız kimi su tərkibi yüksək meyvə və tərəvəzlər təbii sitrat ehtiva edirlər. Bunlar böyrəkdə daşın əmələ gəlməsi prosesinin qarşısını ala bilərlər”, - deyə ekspert vurğulayıb.