“Sputnik” radiosuna müsahibəsində dietoloq Andrey Bobrovski hansı balığın orqanizm üçün ən yaxşı qiymətə malik olduğunu açıqlayıb. Foodinfo.az xəbər verir ki, həkim bildirib ki, nə qədər çox fərqli balıq yesəniz, bir o qədər yaxşıdır. “Amma nğv balıq daha faydalıdır. Yəni sizə sardina, siyənək, kilkə və skumbriyadan istifadə etməyi məsləhət görürəm.”

O, əlavə edib ki, istənilən balıq faydalıdır və ömrün uzadılmasına kömək edir, lakin onun sadaladığı balıq növləri qiymət-keyfiyyət nisbəti baxımından ən yaxşı seçimdir.

Bobrovski iddia edir ki, orta ömür uzunluğu 90 ildən çox olan bölgələrdə uzunömürlülüyün sirri məhz balıqdır. Məsələ balıqda xərçəng və ürək-damar sistemi xəstəliklərinin inkişafının qarşısını alan yağların tərkibindədir.

Nərmin