Ohayo Dövlət Universitetinin alimləri təsdiqləyiblər ki, qırmızı ət, spirt və fast food orqanizmdə iltihabı, sarımsaq, zəncəfil, balıq və çay isə əksinə, ondan qoruyur.
Foodinfo.az xəbər verir ki, araşdırmanın nəticələri Public Health Nutrition (PHN) jurnalında dərc olunub.
Tədqiqatda ABŞ-dan olan 34500 yaşlı könüllü iştirak edib.
Nəticələr göstərib ki, bütün könüllülərin 57%-i iltihab əleyhinə pəhrizə əməl edib. Tədqiqatçıların fikrincə, iltihab şəkərli diabet, ürək-damar xəstəlikləri, depressiya və digər psixi pozğunluqlar kimi xroniki patologiyaların inkişafına səbəb ola bilər.
Alimlər aydınlaşdırıblar ki, orqanizmdə iltihablar fast food, qızardılmış qidalar, hazır yeməklər, şirniyyatlar, spirt və ya qırmızı ətdən qaynaqlanır. Sarımsaq, zəncəfil, sarıkök, yaşıl və qara çay, bütün taxıllar, yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, yağlı balıq və giləmeyvə açıq şəkildə iltihab əleyhinə təsir göstərir.