Döş xərçənginin qarşısını almaqda sağlam qidalanma vacib rol oynayır.
Foodinfo.az xəbər verir ki, araşdırmalar göstərir ki, bəzi qidalar riskin azalmasına kömək edə bilər. Məsələn, antioksidantlarla zəngin meyvə və tərəvəzlər (xüsusilə moruq, çiyələk, brokoli, ispanaq) hüceyrələrin zədələnməsinin qarşısını alır.
Omega-3 yağ turşuları ilə bol olan qidalar (qızılbalıq, qoz) iltihab əleyhinə təsir göstərir.
Zeytun yağı yaxşı yağ mənbəyi olaraq bədəndə xərçəng hüceyrələrinin inkişafını yavaşlada bilər.
Eyni zamanda, tam taxıllar (yulaf, qəhvəyi düyü) lif baxımından zəngindir və hormonal balansı qoruyur.
Həmçinin alkoqoldan uzaq durmaq və qırmızı ətin istehlakını azaltmaq da xərçəng riskini azaldan amillərdəndir.