Çaytikanı orqanizmi daha güclü və infeksiyalara qarşı daha davamlı edən vitamin və minerallar kompleksini ehtiva edir. Foodinfo.az xəbəverir ki, A, E, K və B qrupu vitaminləri ilə yanaşı, 100 q giləmeyvə immunitet sistemini gücləndirən və eyni zamanda saç və dərinin vəziyyətini yaxşılaşdıran C vitamininin gündəlik tələbatını ehtiva edir.
Bundan əlavə, çaytikanıda olan antioksidantlar və yağ turşuları xolesterol səviyyəsini aşağı salmağa, qan təzyiqini tənzimləməyə və ümumiyyətlə qan damarlarını qorumağa kömək edir.