Qidalanma yuxunun keyfiyyətinə, əhval-ruhiyyəsinə, mədə və bağırsaqların fəaliyyətinə, ümumi sağlamlığa da müsbət təsir göstərir.
Foodinfo.az xəbər verir ki, həkimlər qaraciyəri səssiz orqan adlandırırlar, çünki orada geri dönməz proseslər baş versə belə, son dəqiqəyə qədər xəstəliyin əlamətlərini göstərməyə bilər. Buna görə də həkimlər qaraciyər problemi yaşamamaq üçün bu qidaları gündəlik rasionunuza daxil etməyi məsləhət görürlər.
Kələm toksinlərin qaraciyərə təsirini neytrallaşdıra bilər. Bu orqanla bağlı problemləri olan hər kəs spirtli içkilərdən uzaq olmalıdır. Əgər müntəzəm olaraq kələm yeyirsinizsə, siz də arıqlayacaqvə dərinizin, saçınızın və dırnaqlarınızın vəziyyətini yaxşılaşacaq.
Kərəviz tərkibindəki efir yağlarına görə qaraciyərin yağlanmasının qarşısını ala bilər. Həmçinin gözəl bədən quruluşuna, sağlam ürək-damar sisteminə və güclü əsəblərə sahib olmaq istəyən hər kəs kərəviz yeməlidir.
Zeytun yağı çoxlu doymamış yağ turşuları ilə zəngindir ki, bu da təkcə qaraciyəri bərpa etmir, həm də bir çox xəstəliklərin qarşısını alır.
Sarıkök öd istehsalını stimullaşdırır, qaraciyərin funksiyasını yaxşılaşdırır. Ədviyyat həmçinin viral xəstəliklərdən qoruyur və tez və təhlükəsiz şəkildə arıqlamağa kömək edir.
Kefir, qaraciyərin işinə birbaşa təsir edən, orqandakı yükü azaldan maddələr mübadiləsini yaxşılaşdıra bilər. Süd məhsulunda sidikqovucu və xoleretik təsir göstərən birləşmələr var, buna görə də qaraciyərə toksinləri və digər təhlükəli maddələri bədəndən çıxarmağa kömək edir.
Həkimlər gündəlik qida rasionunuza mütləq qaragilə, moruq və ya zoğal daxil etməyi tövsiyə edir. Tərkibindəki antioksidantlara görə bu giləmeyvə qaraciyəri toksinlərin zədələnməsindən qoruyacaq. Onlar təzə, dondurulmuş və ya mürəbbə şəklində yeyilə bilər, eyni dərəcədə faydalı xüsusiyyətlərə malikdirlər.