Aparılan araşdırmalar göstərir ki, fıstıq və fıstıq əzməsi gənc və sağlam fərdlərdə damarların sağlamlığına müsbət təsir göstərir.

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də qeyd olunub. 

Araşdırma İspaniya Universiteti tərəfindən aparılıb. Araşdırma çərçivəsində 6 ay ərzində 18-33 yaş aralığındakı 63 nəfərin göstəriciləri izlənilib.

Qeyd olunub ki, sözügedən məhsuldan istifadə edənlərdə prostasiklin l2 səviyyəsi, tromboksan A2 və prostasiklin l2 arasındakı nisbət və lipit molekullarının müsbət istiqamətdə inkişaf edib. Bütün bunlar isə damar sağlamlığının vacib göstəriciləri sayılır.