Bəzən səhərlər oyandıqda yorğun və enerjisiz hiss edirik. Bəs orqanizmi oyatmaq üçün nə etməli?
Foodinfo.az xəbər verir ki, ABŞ-ın Nyu-York Universitetinin dietoloqu Dr. Clara Jennings səhərlər qəbul edilən bananlı qozlu  sumuzinin gün ərzində enerjili qalmaq üçün ideal içki olduğunu bildirib.
Onun sözlərinə görə, bu smoothie bədəni zülal, kalium və sağlam yağlarla təmin edir, bu da həm zehni oyanıqlığı, həm də əzələ fəaliyyətini dəstəkləyir.
Banan təbii şəkərlə sürətli enerji verir, qoz isə beyin funksiyalarını aktivləşdirən omeqa-3 yağ turşularının mənbəyidir.
“Women's Health” dərgisində dərc olunan son araşdırmada göstərilir ki, səhər bu cür smoothie içənlərin gün ərzində aclıq hissi azalır və daha sabit əhval-ruhiyyə müşahidə olunur.
Dr. Jennings tövsiyə edir ki, bu  sumuziyə bir az darçın əlavə etməklə həm qan şəkərini tarazlamaq, həm də dadını daha da zənginləşdirmək mümkündür.
Smoothie-nin hazırlanması isə cəmi 3 dəqiqə çəkir: 1 banan, 1 xörək qaşığı üyüdülmüş qoz, 1 stəkan qatıq və istəyə görə darçın – blenderə at və səhərin enerjisini iç.
Bu içki, həm sağlam, həm də ləzzətli alternativ olaraq qəhvənin yerini belə rahatlıqla ala bilər.