Naringinin insan orqanizmi üçün faydaları açıqlanıb.

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Qeyd olunur ki, orta ölçülü naringi yediyimiz zaman gündəlik diet normamızın kalsiyum ehtiyacının 4, C vitamini ehtiyacımızın 45, A vitamini ehtiyacımızın 6, zülal ehtiyacımızın 8, kalium ehtiyacımızın 5, karbohidrat ehtiyacımızın 4 faizini təmin edirik. 

Bildirilir ki, naringi ana südündəki A vitamini səviyyəsini artırır. Antioksidant tərkiblidir. Xüsusən son dövrlərdə xərçəngə qarşı faydaları araşdırma mövzusudur. Nikotinin mənfi təsirlərini aradan qaldırır.

Nurlan