Qandakı şəkəri artıran, tərkibində zülalların az miqdarda olduğu, yüksək şəkərli, "fast-food" qidalar insanı qısa zamanda acdırır.

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Qlisemik indeks anlayışı qida qəbulundan 2 saat sonra həmin məhsulların qandakı şəkərə təsirini xarakterizə edir. Alma, süd, qatıq, qoz, fındıq, badam, yaşıl yarpaqlı tərəvəzlər indeksi aşağı olan məhsullardır və uzun müddət tox qalmağınıza təsir göstərir. 

Çörək, düyü, kartof, balqabaq, banan, çuğundur kimi məhsullar isə qanda şəkəri sürətlə artıraraq aclıq hissinə səbəb olurlar. Bu baxımdan tox hiss etmək, çəki atmaq istəyiriksə qidalanmamıza qlisemik indeksi aşağı olan məhsulları daxil etmək ekspertlər tərəfindən tövsiyə olunur.

Leyla