Ramazan ayında gün ərzində uzun müddət ac qalınsa da, bəzən artıq çəki problemləri ilə qarşılaşmaq mümkün olur.

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Qeyd olunur ki, buna başlıca səbəblərdən biri sahurda oyanmamaq üçün gecədən yemək yeyib yatmaqdır. Uzun müddət ac qalmaq metabolizmin sürətini aşağı salır ki, bu da öz növbəsində orqanizmin yağ “istehsalı”na şərait yaradır. 

Ramazan ayında şirniyyatların miqdarını artırmaq, meyvə və tərəvəzlərə qidalanmada az yer vermək də artıq çəki probleminə gətirib çıxara bilər. 

Ekspertlərin fikrincə iftardan 1 saat sonra gəzintiyə çıxmaq, həmçinin bir sıra idman hərəkətləri ilə həzm sistemimizin düzgün fəaliyyətinə dəstək olmaq bu problemlərin yaranmasının qarşısını ala bilər.

Fərid