Dünyanın ən böyük dərman şirkətlərindən birinin araşdırmasına görə, 1970-ci ildən etibarən aparılan laboratoriya testləri limondan istifadənin 12 xərçəng növünə faydalı olduğunu təsbit edib. Biz mətbəxdə daha çox limonun suyundan istifadə edirik. Lakin limon qabığının xərçəngdən qorunmada xüsusilə təsirli olduğunu bilmək də vacibdir.
Dondurulmuş limonun inanılmaz faydaları barədə sizə məlumat veririk.
Dondurulmuş və doğranmış limon xərçəng hüceyrələrini öldürür. Xərçəng xəstələrinə tətbiq olunan kimya terapiya zamanı daha təsirli olduğu bildirilir.
Rəndələnmiş limonda onun suyundan 5-10 dəfə daha çox vitamin var.
Dondurulmuş limon sayəsində limon qabığını heç vaxt atmayacaqsınız və limondakı bütün vitaminlərdən faydalanacaqsınız.
Dondurulmuş limon vücudda toksinləri təmizləyir və bədəni cavanlaşdıran təsir göstərir. Stress və sinir pozğunluğuna qarşı mübarizə aparır.
Dondurulmuş limon sidik qaçırma, kista və şişlərə qarşı müalicəvi və profilaktik təsir göstərir.Həmçinin parazit və bağırsaq qurdlarına qarşı müalicədə istifadə edilir. O, orqanizmdə yaranan iltihaba, infeksiyaya və göbələyin yaranmasına qarşı müalicələrdə faydalı təsir göstərir.
Dondurulmuş limonun hazırlanması:
İlk növbədə limon yuyun. Sonra soyuducunun buzluq hissəsinə qoyun və bir gün gözləyin. 1 gün sonra donmuş limonu götürün, qabığı ilə birlikdə rəndələyin. Rəndələnmiş limonu yeməklərinizin üzərinə səpə bilər, tərəvəz salatına, dondurmaya, şorbaya, makarona, makaron sousuna, suşiyə, balıq yeməklərinə qata bilərsiniz.Limon yeməklərinizə və salatlara çox fərqli bir ətir verəcək, eyni zamanda, çox faydalı olacaq.
Limon möcüzəsi xərçəng hüceyrələrini məhv edir və heç bir şəkildə sağlam hüceyrələrə zərər vermir. (Ailem.az)