Xurma şəkərli diabet və həzm sistemi xəstəlikləri olan yaşlı insanlara tövsiyə edilmir. Foodinfo.az xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına dietoloq, tibb elmləri doktoru Mariyat Muxina bildirib.
"Şəkərli diabetiniz varsa, xurmanı istehlak etmək arzuolunmazdır, çünki o, yüksək glisemik indeksə malikdir və qanda qlükoza səviyyəsinə təsir edəcək" deyə ekspert bildirib.
Allergiya və ya bu məhsula fərdi dözümsüzlüyünüz varsa, xurma yemək də tövsiyə edilmir.