Ufadakı Respublika Xalq Sağlamlığı və Tibbi Profilaktika Mərkəzinin həkimləri sümük bulyonunun beş ən faydalı xüsusiyyətini aşkarlayıb. Foodinfo.az bildirir ki, həkimlər bu yeməyi təhlükəsiz şəkildə sağlam qidalanmanın əsasına çevirməyi tövsiyə edib.  Birincisi, sümük suyu zəngin bir kollagen mənbəyidir, yaraların sağalmasına, saç və dırnaqların möhkəmlənməsinə, həmçinin qırışların sayını azaltmağa və oynaqların fəaliyyətini yaxşılaşdırmağa çox müsbət təsir göstərir.

İkincisi, bu yemək sink, dəmir, maqnezium, kalsium, selenium və fosfor kimi faydalı maddələr, həmçinin K2 və A vitaminləri ilə zəngindir. Üçüncüsü, sümük bulyonu maddələr mübadiləsini sürətləndirən, qaraciyərin fəaliyyətini yaxşılaşdıran və hətta yuxusuzluqla mübarizə aparan kifayət qədər çox qlisin ehtiva edir. Bundan əlavə, bulyon immunitet sistemini gücləndirir və bağırsaqların qoruyucu funksiyalarını artırır. Həm də aşağı glisemik indeksi sayəsində qan şəkərinin səviyyəsini sabitləşdirməyə kömək edir.