Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 189 yeni yoluxma faktı qeydə alınıb, 2 072 nəfər sağalaraq evə buraxılıb. Foodinfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1 510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 609, bu günə qədər isə ümumilikdə 1 781 218 test icra olunub.