Avqustun 11-də saat 11:00-da Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində (Əttarlar küç. 4) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutu və yerli bölmələrdə işləmək üçün müraciət edən iddiaçılarla Agentliyin nümayəndələri görüş keçirəcək.
Foodinfo.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev məlumat verib.
O bildirib ki, müvafiq ixtisaslar üzrə ali təhsili olan vətəndaşlar Azərbaycan dilində tərtib olunmuş öz şəxsi işləri (şəkilli) ilə müraciət edə bilər:
İxtisaslar aşağıdakılardır.
1. Hüquqşunaslıq
2. İqtisadiyyat
3. Əmtəəşünaslıq
4. Qida mühəndisi
5. Genetika
6. Tibbi profilaktika
7. Fitosanitariya
8. Aqronomluq
9. Zootexnik
10. Kimya
11. Biokimya
12. Biologiya
13. Mikrobiologiya
14. Maliyyə və mühasibat uçotu
Əlavə məlumat almaq üçün (+994 12) 377-00-77 və ya (+994) 51 582 15 16 nömrələrinə zəng edə bilərsiz.