Ötən ilin yanvar-noyabr aylarında Bakı şəhəri üzrə ticarət dövriyyənin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4% azalaraq 19 202,8 mln. manat olub. Foodinfo.az xəbər verir ki,  Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artaraq 9752,9 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,9% azalaraq 9 449,9 mln. manata bərabər olub. İstehlak məhsullarının 31,4%-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,1%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,5%-i isə paytaxtın məhsul bazarlarında satılıb.