Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.

Foodinfo.az APA-ya istinadən xəbər verir ki, 10 nəfərdən çox şəxs halsızlıq və qusma halları ilə bağlı xəstəxanaya müraciət edib.

Həmin şəxslərin hamısı kənddə keçirilmiş yas mərasimində iştirak etdikdən sonra bu problemlə üzləşiblər.

Onlara tibbi yardım göstərilir.

***

TƏBİB zəhərlənmə halı ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, 23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub:

“Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir”.