
Diyetoloq Alena Kapustina qocalıqda damar sağlamlığını qorumağa kömək edən məhsullardan danışıb. RuNews24.ru ilə söhbətində o, gündəlik qida rasionuna qızılbalıq, skumbriya, sardina və tuna balığını daxil etməyi tövsiyə edib.
Foodinfo.az bildirir ki, mütəxəssisin sözlərinə görə, qan damarlarını sərbəst radikalların zədələnməsindən qorumaq üçün tərkibində antioksidant olan çuğundur, yerkökü, bolqar bibəri, pomidor, qaragilə, zoğal da yemək lazımdır.
Dietoloq əlavə edib ki, paxlalı bitkilərin tərkibində ürəyin və qan damarlarının normal fəaliyyəti üçün zəruri olan kalium və maqnezium var.