Fol turşusu (B9 vitamini) qırmızı qan hüceyrələrinin istehsalı, sinir sistemi və hüceyrə bölünməsi üçün vacibdir. 

Foodinfo.az xəbər verir ki, fol turşusunun çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.  

1. Fol turşusu az olduqda qanda oksigen daşıyan qırmızı qan hüceyrələri azalır, bu da yorğunluğa və halsızlığa səbəb olur.  

2. Qansızlıq nəticəsində dəri solğun və ya sarımtıl görünür.

3. Fol turşusunun əskikliyi oksigen çatışmazlığı səbəbilə nəfəs darlığı və başgicəllənmə yarada bilər.

4. Dilin şişməsi, qızarması və ağız yaraları fol turşusu çatışmazlığının əlamətləri ola bilər.  

5. Beyinə oksigen az getdiyi üçün diqqət dağınıqlığı və yaddaş zəifliyi yaranır.  

6. Fol turşusu serotonin istehsalında rol oynadığı üçün əskikliyi depressiya, əsəbilik və əhval dəyişikliyi yaradır.  

Bu əlamətlərdən biri və ya bir neçəsi varsa, fol turşusu baxımından zəngin qidalar (yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, yumurta, qaraciyər) istehlak etmək və həkimə müraciət etmək tövsiyə olunur.