
Bu meyvə çayları sizi yalnız isti tutmaqla qalmır, həm də sağlamlığınıza faydalıdır. Öz sevdiyiniz meyvələri qarışdıraraq fərqli və dadlı çaylar hazırlaya bilərsiniz.
Foodinfo.az soyuq qış günlərində sizi isidəcək 4 dadlı meyvə çayını təqdim edir:
1. Limon və zəncəfil çayı
Faydaları: Boğazı yumuşaldır, öskürək və soyuqdəyməni azaldır, bədəni isidir.
Hazırlanma qaydası: Bir neçə dilim limon və bir çay qaşığı təzə zəncəfili qaynar suya əlavə edib 5-7 dəqiqə dəmləyin.
2. Portağal və darçın çayı
Faydaları: İmmuniteti gücləndirir, C vitamini ilə zəngindir.
Hazırlanma qaydası: Bir portağalın qabığını doğrayın, 1 çubuq darçın və bir neçə ədəd qarabibər əlavə edərək qaynar su ilə dəmləyin.
3. Almalı və itburnu çayı
Faydaları: Güclü antioksidantdır, immun sistemini gücləndirir.
Hazırlanma qaydası: Bir alma doğrayın, bir çay qaşığı itburnu ilə birgə 10 dəqiqə qaynadın.
4. Nar və kərəviz çayı
Faydaları: Antioksidantlarla zəngindir, bədəni toksinlərdən təmizləyir.
Hazırlanma qaydası: Nar suyu ilə kərəviz çubuqlarını qaynar suda dəmləyin, bal ilə dadlandıra bilərsiniz.