
Qara istiot boğaz ağrısına həm faydalı, həm də zərərli təsir göstərə bilər, vəziyyətdən asılı olaraq bu dəyişir.
Foodinfo.az qara istiotun boğaz ağrısına faydalarını təqdim edir:
1. Antibakterial və iltihabəleyhinə təsir göstərir. Qara istiotda olan piperin maddəsi boğazdakı bakteriya və viruslarla mübarizə aparır.
2. Bəlğəmi azaldır. Xüsusilə bal və isti su ilə qarışdırıldıqda bəlğəmi yumşaldıb boğazı rahatladır.
3. Qan dövranını yaxşılaşdırır. Boğazın qızışmasına və sağalma prosesinin sürətlənməsinə kömək edir.
4. Antibiotik təsirinə malikdir. Xüsusilə bal və zəncəfillə qarışdırıldıqda soyuqdəymə və boğaz infeksiyalarına qarşı faydalı olur.
Qara istiotun boğaza zərərli təsirləri:
1. Əgər boğazınız artıq qızarıbsa və ya iltihab çoxdursa, istiot yanma hissini artırıb daha çox qıcıqlanmaya səbəb ola bilər.
2. Həddindən artıq istifadə zərərlidir. Çox miqdarda qəbul edildikdə boğazda quruluq və daha çox qıcıqlanma yaradır.
Necə istifadə etməli?
- Bal və isti su ilə qarışdırıb içmək (1 çay qaşığı bal + bir çimdik qara istiot + isti su) olar.
- Zəncəfil və bal ilə çayını hazırlamaq olar.
- Süd və ya ilıq su ilə qarışdırıb içmək olar.