Soğanı soyuducuda saxlamaq onun qida dəyərini tamamilə məhv etmir, amma bəzi dəyişikliklərə səbəb ola bilir.  

Foodinfo.az xəbər verir ki, soğan soyuducuda saxlananda C vitamini, kalium və digər mineralları qalır. Lakin soyuducuda soğan nəmlənə, yumşala və daha tez xarab ola bilər. Bu da onun bişəndə dadının dəyişməsinə səbəb olur.  

Əgər soğan artıq doğranıbsa, hava keçirməyən qabda 2-3 gün soyuducuda saxlanıla bilər. Bişirilmiş soğan 4-5 gün soyuducuda qala bilər. 

Bütöv soğanı isə soyuducuda saxlamaq olmaz, çünki bu kiflənməyə və yumşalmaya səbəb olur.

Ən yaxşı üsul soğanı sərin, quru və hava dövranı olan yerdə saxlamaqdır. Məsələn, quru bir səbətdə və ya torlu çantada saxlamaq daha uzun müddət təzə qalmasına kömək edəcək.