Balqabaq toxumu yağı kişilərin sağlamlığı üçün faydalı yağ turşuları, antioksidantlar, sink və maqnezium kimi mühüm qidalar ehtiva edir.  

Foodinfo.az xəbər verir ki, balqabaq toxumu yağı prostat vəzinin böyüməsinin qarşısını alır və xoşxassəli prostat hiperplaziyasının (BPH) simptomlarını yüngülləşdirir.  

Sink və maqnezium hormon balansını tənzimləyərək testosteronun azalmasının qarşısını alır.

Tərkibindəki omeqa-3 və omeqa-6 yağ turşuları xolesterini tənzimləyir, qan dövranını yaxşılaşdırır və infarkt riskini azaldır.  

Eyni zamanda, bu yağdakı antioksidantlar və sink sperma hərəkətliliyini və sayını artırır, reproduktiv sağlamlığa müsbət təsir göstərir.  

DHT hormonunu tənzimləyərək saç köklərini gücləndirir və tökülməni azaldır.  

Əziz kişilər, gündəlik 1-2 çay qaşığı balqabaq toxumu yağı qəbul edərək bu faydalardan yararlana bilərsiniz.