Çörəkotu qədimdən bəri təbiətin möcüzəvi dərmanı kimi tanınır. Onun tərkibində antioksidantlar, efir yağları, vitaminlər və minerallar var ki, bu da müxtəlif xəstəliklərə qarşı qoruyucu təsir göstərir.  

Foodinfo.az çörəkotunun faydalı olduğu xəstəlikləri təqdim edir:

- Güclü antioksidant təsiri sayəsində orqanizmi xəstəliklərə qarşı qoruyur.  

- Qan şəkərini tənzimləyərək insulin həssaslığını artırır və diabet riskini azaldır.  

- Damar genişlənməsinə kömək edərək qan təzyiqini tənzimləyir.  

- Pis xolesterini aşağı salaraq ürək-damar sağlamlığını qoruyur.  

- Mədə turşusunu tarazlayır, qəbizlik və qastrit kimi problemlərə kömək edir.  

- Sızanaq, ekzema və sedef kimi problemlərin qarşısını alır, dərinin daha sağlam görünməsinə kömək edir.  

- Astma və bronxit kimi problemlərə qarşı tənəffüsə rahatlaşdırıcı təsir göstərir.  

Çörəkotunu yağ və ya toxum halında istehlak etmək olar. Gündə 1 çay qaşığı çörəkotu yağı içmək və ya toxumlarını yeməklərə əlavə etmək sağlamlıq üçün faydalıdır.