“Bravo Supermarket” brendi ilə fəaliyyət göstərən “Azərbaycan Supermarket” MMC cərimələnib.
Supermarketlər şəbəkəsinin cərimələnməsinə səbəb kimi ekoloji qanunvericiliyin pozulması göstərilib.
Məlumata görə, “Azərbaycan Supermarket” MMC İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsilə 2500 manat məbləğində cərimələnib.
MMC cərimənin silinməsi üçün məhkəməyə müraciət edib, lakin şirkətin iddiası təmin olunmayıb. (Report)