“Yeni qəbul edilən qaydalara görə, fevral ayının 15-dən artıq “Peyvənd sertifikatı” etibarlı hesab olunmayacaq. Ona görə çalışmaq lazımdır ki, bu tarixə qədər buster doza qəbul edilsin”.
Foodinfo.az xəbər verir ki, bu fikirləri publika.az-a açıqlamasında tibb elmləri namizədi, dosent, Əməkdar həkim Taryel Eyvazov deyib.
Həkim qeyd edib ki, buster doza vaksin vaxtında edilsə, poliklinikalarda sıxlıq olmayacaq:
“Bu, ilk növbədə insanların öz sağlamlığı üçün vacibdir. Virus səbəbindən poliklinikalarda sıxlıq yaranması arzuedilən deyil. Ümid edirəm ki, vətəndaşlarımız bu dəfə bu məsələdə daha diqqətli olacaq, buster dozanı qəbul etmək üçün təyin edilmiş son günü gözləməyəcəklər.
Bununla həm sağlamlıqlarını təhlükə altına atmayacaqlar, həm də vaxta qənaət etmiş olacaqlar. Fikrimcə, bundan öncəki təcrübələrimizə əsaslanaraq bundan sonra adekvat davranmalıyıq”.