Malayziyanın Cohor Bahru şəhərində yoldan keçən bir nəfər tərk edilmiş avtobus dayanacağında içərisində çürümüş qadın cəsədi olan çamadan tapıb. Foodinfo.az xəbər verir ki, bu barədə CNA məlumat yayıb.

Kişi qalıqları aprelin 12-də aşkar edib və bu barədə polisə məlumat verib. Müayinə zamanı mərhumun yaşı 25-dən yuxarı olduğu, kəllə-beyin travması aldığı məlum olub. Tapılan zaman onun təxminən iki həftədir öldüyü güman edilir. Polisdən bildiriblər ki, qadının ölüm səbəbi hələ müəyyən edilməyib.

Polis rəisi qeyd edib ki, meyitin ciddi şəkildə parçalanması səbəbindən səlahiyyətlilər üçün cinsi, yaş və ölüm vaxtını müəyyən etmək çətin olub.

Mərhumun qalıqları yarılma üçün dövlət xəstəxanasına göndərilib. İstintaq davam edir.

Fərid