Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Foodinfo.az-ın xəbərinə görə, bu barədə Report-a açıqlamasında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. "Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq. Sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatım yoxdur", - İ.Məmmədov bildirib.