Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun keçmiş müavini Ranieri Guerra İtaliyada məhkəməyə verilib. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Guerra fəaliyyəti dövründə hazırlanan hesabatda yalan informasiyada ittiham olunur. Belə ki, sözügedən hesabat 2020-ci ilin mayın 13-də dərc olunub.
Bir gün sonra isə ÜST-ün saytından silinib. Hesabatda qeyd olunub ki, İtaliyanın pandemiyaya hazırlıq planı AB təlimatlarına baxmayaraq 2006-cı ildən bu yana yenilənməyib.
Fərid