Pandemiya dövründə koronovirus peyvəndləri Avropa və postsovet ölkələrində milyondan çox insanın həyatını xilas edib.
Foodinfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından bildirilib.
Peyvənd sayəsində xilas olan əhalinin 96 faizi 60 yaşdan yuxarı şəxslər olub. Bu barədə qurumun Avropanın 26 ölkəsində apardığı araşdırmalar nəticəsində bəlli olub.
Xatırladaq ki, koronovirusdan ən çox ölüm hallarına “Omikron” ştammının yayılması dövründə rast gəlinib.