“Azərbaycan Beynəlxalq Bank” ASC-nin Müşahidə Şurasının sabiq üzvü Vəli Kərimov “Şah Market” ASC-ni məhkəməyə verib.
Foodinfo.az xəbər verir ki, Səbail rayon məhkəməsinə müraciət edən V.Kərimov maliyyə hesabatlarının auditinin aparılmasını tələb edib. Məhkəmə onun iddiasını təmin edib.
Qərardan narazı qalan “Şah Market” ASC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi “Şah Market” ASC-nin şikayətini qismən təmin edib.
Foodinfo.az