Nar qəbizliyə səbəb olmaz, əksinə, tərkibində olan yüksək miqdarda lif sayəsində həzm sisteminə faydalıdır və qəbizliyin qarşısını almağa kömək edir. 

Foodinfo.az xəbər verir ki, narın tərkibindəki həll olunmayan liflər bağırsaq hərəkətlərini stimullaşdıraraq həzmi yaxşılaşdırır və bağırsaq fəaliyyətini normallaşdırır.

Ancaq çox miqdarda nar yemək bəzi insanlarda həzm narahatlığı yarada bilər. 

Əgər qidalanma balanslı olarsa və nar orta miqdarda istehlak edilərsə, qəbizlik əvəzinə həzm sisteminə müsbət təsir göstərəcək.