Meyvələri qabartma tozu ilə yumaq onların səthindəki pestisidlərdən, bakteriyalardan və digər zərərli maddələrdən təmizlənməsi üçün effektiv üsuldur. 

Foodinfo.az xəbər verir ki, qabartma tozu zəif qələvi xüsusiyyətə malik olduğu üçün pestisid qalıqlarını parçalamağa və mikrobları öldürməyə kömək edir.  

Bu üsul çox sadədir: bir qab suya 1-2 xörək qaşığı qabartma tozu əlavə edib meyvələri həmin suda təxminən 10-15 dəqiqə saxlayın, sonra isə təmiz su ilə yaxşıca yuyun. Bu proses xüsusilə alma, armud, üzüm kimi nazik qabıqlı meyvələrdə təsirli olur.  

Qabartma tozu pestisidləri təmizləsə də, meyvələrin tərkibinə nüfuz etmiş kimyəvi maddələri tamamilə aradan qaldıra bilməz. 

Buna görə də, meyvələri yuduqdan sonra qabığını soyaraq yemək daha təhlükəsizdir. 

Həmçinin üzvi və təbii üsullarla yetişdirilmiş meyvələrə üstünlük vermək zərərli maddələrin miqdarını azaltmağa kömək edir.