"OBA marketlərdə məhsullar digərlər marketlərə nisbətən ucuzdur. Bu təbiidir. Çünki OBA marketlər hard-discount (kəskin endirim) formatıdır. Bizim marketlərimizdə satışda olan məhsullar əsasən şəxsi markalardır(PL- Private Label). Yəni biz böyük zavod və fabriklərlə birbaşa danışıqlar aparırıq".
Bu barədə Foodinfo.az-a açıqlamasında“OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev məlumat verib.
Onun sözlərinə görə, brend məhsulları həmin brend adı ilə yox bizim markamızın adı ilə istehsal etdiririk. Bu zaman reklam və marketinq, o cümlədən distribüter xərclərindən azad oluruq. Yəni zavoddan çıxan məhsul birbaşa bizim anbar və logistika mərkəzlərinə gətirilir. Buradan da mağazalarımıza dağıtım həyata keçiririk.
OBA marketin iş prinsipi istehsalçıdan birbaşa istehlakçıyadır. Onu da deyim ki, hal-hazırda marketlərimizdə şəxsi markalarla yanaşı dünya brendləri də satılır. Bu məhsullar da digər marketlərə nisbətən daha ucuzdur. Bunun da səbəbi bizim alış gücümüzdür. Yəni böyük satınalmalar daha çox endirimlə müşayət olunur. Bu da satış qiymətinə təsir edir.
Kərim