Qarın ağrısı demək olar ki, hər bir insanın həyatı boyu dəfələrlə qarşılaşdığı problemdir.
Foodinfo.az xəbər verir ki, bir çox hallarda bu ağrı öz-özünə yoxa çıxa, heç bir kömək olmadan aradan qalxa bilir.
Ancaq bəzi hallarda qarın ağrısı ciddi fəsadların xəbərçisi ola bilər. Ekspertlərin sözlərinə görə, qarın ağrısı təcili yardıma müraciətlərin təxminən beş faizini təşkil edir.
Qarın ağrısının ən geniş yayılan səbəbləri həzm sistemi ilə bağlıdır: həzmsizlik, qəbizlik, ishal, qida allergiyaları, qida zəhərlənmələri.
Ağrının davamlı olması və şiddətini artırması zamanı mütləq şəkildə həkimə müraciət etmək tələb olunur.