Türkiyəli professor Hakan Çoksüer Ümumdünya Səhiyyə Təşkilatı hesabatlarına görə 15 faizlik göstəriciyə çatan sonsuzluqla bağlı xəbərdarlıq edib.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
“Plastik məhsulların tərkibindəki Bisfenol A maddəsi sonsuzluğa səbəb olur. Bu cür məhsulları mümkün qədər həyatımızdan çıxarmalıyıq”, - deyə professor bildirib.
Sonsuzluğa səbəb ola biləcək daha bir məqam kimi isə köklük göstərilib. Belə ki, artıq çəki, piylənmə həm qadınlarda, həm də kişilərdə hormon pozuntularına səbəb ola bilər.
Xatırladaq ki, ÜST hesabatına görə, dünyada hər 6 nəfərdən biri – 17,5 faizi sonsuzluq problemi ilə qarşılaşır.