Türkiyədə saxta içkidən son iki gün ərzində daha iki nəfər zəhərlənərək həyatını itirib.
Foodinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölüm faktı ölkənin Kocaeli və Aydın vilayətlərində qeydə alınıb.
Türkiyədə oktyabrın 9-dan indiyədək saxta içki zəhərlənməsi səbəbindən 100-ə yaxın insan həyatını itirib. Belə ölüm halları ölkənin 15 vilayətində baş verib.
Türkiyədə son bir neçə ay ərzində bu istiqamətdə keçirilən əməliyyatlar nəticəsində tonlarla saxta içki və içkilərin hazırlanmasında istifadə edilən vasitələr aşkarlanaraq müsadirə edilib.