Uşaq qidaları, adətən, uşaqların sağlam böyüməsi üçün nəzərdə tutulur. Lakin, bəzi hallarda, uşaq qidalarının tərkibində əlavə şəkər və digər zərərli maddələr ola bilər. Foodinfo.az bildirir ki, həkim Yuliya Aleksandrovna deyir ki, uşaq qidalarının sağlamlığı, tərkibindəki maddələrə görə dəyişir.

"Təbii inqrediyentlərdən hazırlanan qidalar daha sağlamdır, lakin bəzi uşaq qidaları istehsalında konservantlar və rəngləyicilər mövcud ola bilər. Uşaqlar üçün hazırlanan təbii qidalara tərəvəz püresi, meyvə qarışıqları və özəl hazırlanmış balığa əsaslanan qidalar daxildir" - deyə həkim bildirirb.

Mütəxəssis qeyd edibki, bununla yanaşı, evdə hazırlanan yeməklər daha sağlam alternativlərdən hesab olunur. "Təbii inqrediyentlərdən hazırlanan şorbalar və qaynadılmış tərəvəzlər, uşaqlar üçün daha yaxşı seçimdir. Həmçinin, evdə hazırlanan yüngül şirinlər, məsələn, meyvə püreləri və ya yoğurtlu desertlər, daha sağlam və təbii seçimlərdir. Uşaqlar üçün, həm də təbii təzə meyvə və tərəvəzlər yemək tövsiyə olunur. Bu şəkildə, uşaqlar həm ləzzətli, həm də sağlam qidalarla böyüyə bilərlər" - həkim əlavə edib.