
Uşaqların sağlam böyüməsi üçün təbii meyvə şirələri əla vitamin və mineral mənbəyidir. Lakin təbii və şəkərsiz olması çox vacibdir.
Foodinfo.az uşaqlar üçün ən faydalı meyvə şirələrini təqdim edir:
1. Portağal şirəsi
- C vitamini ilə zəngindir, immuniteti gücləndirir.
- Soyuqdəymə və qripdən qoruyur.
2. Alma şirəsi
- Həzm sistemini yaxşılaşdırır, bağırsaqların işini tənzimləyir.
- Dəmir və antioksidantlarla zəngindir.
3. Nar şirəsi
- Qan dövranını gücləndirir, qan azlığının qarşısını alır.
- Beyin inkişafına müsbət təsir edir.
4. Yerkökü şirəsi
- A vitamini ilə göz sağlamlığını qoruyur.
- Dəri və immun sistemini gücləndirir.
5. Armud şirəsi
- Həzm sistemini rahatlaşdırır, bağırsaqlar üçün faydalıdır.