Son araşdırmalar və ənənəvi təbabət məlumatları xınanın bir sıra sağlamlıq problemlərinə qarşı faydalı təsirə malik olduğunu göstərir. 

Foodinfo az xəbər verir ki, xına antiseptik, antiinflamator və soyuducu xüsusiyyətləri ilə həm dəriyə, həm də saç dərisinə müsbət təsir edir.

Xına xüsusilə göbələk və bakterial infeksiyalarda, eləcə də kəpək, saç tökülməsi və saç dərisi iltihabında effektiv nəticə verir. 

Tərkibindəki “lawsone” adlı maddə toxuma bərpasını sürətləndirdiyi üçün xına qədimdən yaraların sağalmasında, kiçik yanıqlarda və iltihablı dəri bölgələrinin müalicəsində istifadə olunub.

Bundan əlavə, ənənəvi müalicə üsullarında xına revmatizm və oynaq ağrılarının yüngülləşdirilməsi, həmçinin bədənin hərarətinin aşağı salınması məqsədilə tətbiq edilir. 

Həmçinin xına ayaq təravətini qoruyur, tər qoxusunun azalmasına kömək edir və dəriyə sakitləşdirici təsir göstərir.

Xnanın əsasən xarici istifadəsi tövsiyə olunur və xüsusilə “qara xına” adlanan kimyəvi qatqılı məhsullardan uzaq durmaq lazımdır. Təbii xına doğru şəkildə tətbiq edildikdə həm kosmetik, həm də müalicəvi məqsədlərlə əhəmiyyətli faydalar verir.