Ötən ay 41,9 min ton ət, 154,8 min ton süd, 160,3 milyon ədəd yumurta və 18 min ton tərəvəz istehsal edilib. Dövlət Statistika Komitəsindən Foodinfo.az-a bildirilib ki, keçən ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 2,9 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 11,2 faiz, tərəvəz istehsalı isə 15,3 faiz artıb. Keçən ilin yanvarı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3,2 faiz, bitkiçilik məhsullarının istehsalı isə 12,5 faiz çoxalıb.
Namiq