Dünyada xroniki inflyasiya ilə ən çox məşhur olan ölkələrdən sayılan Argentinada inflyasiya kritik hədd keçərək üçrəqəmli səviyyəyə çatıb.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Dünyanın ən yüksək inflyasiyasına sahib ölkədə qeydə alınan bu fantastik artımla prezident seçkiləri ərəfəsində resessiyaya girməsi gözlənən iqtisadiyyat üzərində əlavə təzyiqlər yaranıb.
Ölkədə istehlak qiymətləri ötən illə müqayisədə 102,5 faiz artıb.
Beləliklə, ölkədə inflyasiya 3000 faizlik hiperinflyasiyadan sonra ən yüksək səviyyəyə çatıb.
Fərid