Birləşmiş Millətlər Təşkilatı Yəmən üçün dünya ölkələrinə çağırış edib. 

Foodinfo.az bu barədə "Yeni Şafak" nəşrinə istinadən xəbər verir.

Qurumdan bildirilib ki, Yəməndə müharibədən əziyyət çəkən, ərzaqla bağlı böyük çətinliklərin olduğu milyonlarla əhaliyə yardım üçün 4,3 milyard dollara ehtiyac var. Bununla bağlı fevralın 27-də Cenevrədə yardım kampaniyası keçiriləcək. Kampaniya çərçivəsində yardıma möhtac 17 milyon insana mütəmadi yardım göstərilməsi planlaşdırılır.