Demansiya xəstəliyi qəflətən baş verir və müalicəsi yoxdur. Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir ki, avstraliyalı alimlər araşdırma nəticəsində belə qənaətə gəliblər ki, hər evdə olan bəzi tanış qidalar xəstəliyin inkişafı üçün güclü katalizator ola bilər.
Araşdırmaya görə, kərə yağı, piy, xurma və kokos yağı, şokolad kimi məhsulların tərkibində trans yağlar və doymuş yağlar olduğuna görə sağlamlığa zərər verə bilər. Bu zərərli məhsullar fast food, bişmiş məhsullar və qızardılmış qidalarda da var.
Demansiyanın inkişaf riskini minimuma endirmək üçün elm adamları zərərli qidaların qəbulunu azaltmağı və antioksidantlarla zəngin tərəvəz, meyvə, ət və balıq qəbulunu artırmağı tövsiyə edirlər. Demansiyanın başlanğıcını gecikdirməyə və sağlamlığı qorumağa kömək edən badam, dəniz balığı, avokado, kürü və digər qidalar istifadə edilməlidir.
Həmçinin alimlər xəstəlikləri erkən mərhələdə aşkar etməyə imkan verən və uğurlu müalicə şansını artıran müntəzəm tibbi müayinənin vacibliyini xatırladırlar.

Leyla