30-100 santimetr uzunluğunda olan qarabaş otu insanın həm fiziki, həm də zehni sağlamlığına müsbət təsir göstərir.
Foodinfo.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Sözügedən bitki antibakterial və antioksidan xüsusiyyətlərə malikdir.
Xüsusən immun sistemini gücləndirdiyi qeyd olunur. Həmçinin qan dövranını yaxşılaşdırır, sakitləşdirici təsirə malikdir. Bütün bunlarla yanaşı sözügedən bitkinin yaraların sağalmasına çox ciddi təsir göstərdiyi bildirilir.
Fərid