Hazırda dünyada bir çox insanı narahat edən məqamlardan biri də artıq çəki problemidir. Foodinfo.az Türkiyə KİV-ə istinadən iştahanı azaldan qida məhsullarını sadalayır.

Acı qırmızı bibər bu məhsullardan biridir. Araşdırmalar göstərir ki, bir çox qaşığı qırmızı bibər yeyildiyi zaman metabolizm sürətlənir və orqanizm tərəfindən əlavə olaraq 10 kalori istifadə olunmasına səbəb olur.  Almanın bütün növləri insanda toxluq hissi yaradır.

Bu funksiyanı həmçinin yumurtaya da aid etmək olar. Həmçinin su və bitter şokolad da insanı tox saxlayaraq artıq çəki probleminin aradan qaldırılmasına kömək olur. 


İştahanı azaldan digər məhsullar bunlardır: yaşıl çay, badam, zəncəfil, avokado.

Nurlan