İngiltərə hökuməti pandemiya dövründə ölkədəki bütün pişikləri öldürməyi planlaşdırıb. 
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Qeyd olunur ki, müvafiq açıqlamanı İngiltərənin səhiyyə nazirinin keçmiş müavini Lord Bethel verib. 

Buna səbəb hökumətin virusun ev heyvanlarına keçməsindən qorxması olub.

“Bir ara xalqdan Britaniyadakı bütün pişikləri yox etmələrini istəmək məcburiyyətində qala biləcəyimiz barədə narahatlıqlar vardı”, - deyə keçmiş nazir müavini bildirib.

Nurlan